16 İyul 2026 / 09:17

Rusiya Ukraynanı ballistik raketlərlə vurub: ölənlər var!

Rusiya ötən gecə saatlarında yenidən Kiyevə hara gəldi ballistik raketlərlə zərbə endirib. Hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, yaralananlar arasında 16 yaşlı yeniyetmə də var. Onlardan üçü xəstəxanaya yerləşdirilib. Bildirilib ki, Svyatoşın rayonunda raket anbar binalarına düşüb. Darnitski rayonunda isə raketin qalıqları qeyri-yaşayış tikililərinin yerləşdiyi əraziyə düşüb, digər ünvanda isə qeyri-yaşayış binasına zərbə endirilib. Kliçko qeyd edib ki, həm Svyatoşın rayonundakı anbarlarda, həm də Darnitski rayonundakı qeyri-yaşayış ərazilərində yanğınlar baş verib.

Bu arada Tramp Putinə çağırış edib ki, müharibəni dayandır! Müharibə isə davam edir!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!