Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Baş nazir İrakli Kobaxidzeyə ABŞ-ın Müstəqillik Gününün 250 illiyi münasibətilə göndərdiyi təbrik məktubuna görə təşəkkür edib. Tezadlar.az Gürcüstan mediaslna istindal xəbər verir ki, Gürcüstan Hökumət Administrasiyasının yaydığı məlumata görə, Tramp məktubunda Gürcüstan və ABŞ-ın suverenliyi, təhlükəsizliyi və uzunmüddətli rifahı naminə birgə əməkdaşlığın mühüm nəticələr verə biləcəyini vurğulayıb.
ABŞ Prezidenti məktubunda yazır: “Cənab Baş nazir, ABŞ-ın Müstəqillik Gününün 250 illiyi münasibətilə ünvanladığınız təbrikə görə sizə səmimi təşəkkürümü bildirirəm. Müstəqillik Günü xalqımızın yaranmasının, azadlıq, güc və sarsılmaz iradə ruhunun bayramıdır. Tarix boyu ölkəmizə yol göstərən prinsiplərlə fəxr edir və bu dəyərləri bölüşən tərəfdaşlarımızın dostluğunu yüksək qiymətləndiririk. ABŞ-ın müstəqilliyinin 250 illiyini qeyd edərkən, həyat, azadlıq və xoşbəxtlik axtarışı kimi Amerika prinsiplərinin qeyd olunmasına qoşulduğunuza görə minnətdaram.”
Donald Tramp məktubunda İrakli Kobaxidzenin təbrikini yüksək qiymətləndirdiyini qeyd edərək əlavə edib ki, iki ölkə suverenliyin, təhlükəsizliyin və uzunmüddətli rifahın möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməklə əhəmiyyətli irəliləyiş əldə edə bilər. O, həmçinin Gürcüstanla əməkdaşlığın daha da gücləndirilməsini səbirsizliklə gözlədiyini və birlikdə daha təhlükəsiz, firavan və sülhsevər gələcək naminə çalışacaqlarına ümid etdiyini vurğulayıb.