Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hücumu ləğv etməsi çoxsaylı suallar yaradlb. Məlum olur ki, İsrailin N12 telekanalı bu səbəbi araşdırıb. Belə ki, Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinə səbəb olan əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında qətərli vasitəçilər və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub. Təklif Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı nəzərdə tutur.
Tezadlar.az xatırladır ki, təklifə əsasən, Hörmüz boğazı vasitəsilə körfəzə daxil olan gəmilər İranın dəniz məkanından, körfəzdən çıxan gəmilər isə Omanın dəniz məkanından hərəkət edəcəklər. Məlumata görə, Oman da bu təklifə razılıq verib. Bununla yanaşı, Maskat Tehrandan Abbas Əraqçinin razılığının İran İnqilab Keşikçiləri Korpusunun da mövqeyini əks etdirib-etdirmədiyinə dair aydınlıq gətirilməsini istəyib.
Gərginlik isə hələki qalır.