6 Avqust 2026 / 09:58

Britaniyanın yeni müdafiə naziri Ukraynaya nə vəd verib?

Böyük Britaniya Ukraynanı münaqişədə “qalib gələnə qədər” dəstəkləyəcək.

Tezadlar.az “The Daily Mail”ə istinadən xəbər verirki, Böyük Britaniyanın yeni müdafiə naziri Ues Stritinq bu vədi Kiyevə ilk səfəri zamanı verib,

“Böyük Britaniya Ukraynanı qalib gələnə qədər dəstəkləyəcək. Həm Baş nazir [Endi Bernhem], həm də mən əvvəldən bu hökumətin Ukraynaya verdiyi sarsılmaz və birmənalı dəstəyi nümayiş etdirməyi vacib hesab etdik”, – deyə müdafiə naziri bildirib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın qələbəsinə əminliyini ifadə etmişdi.

15 iyulda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, avropalılar Ukrayna böhranının sülh yolu ilə həllini istəyirlərsə, Qərb Kiyevə silah tədarükünü dayandırmalıdır.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!