6 Avqust 2026 / 10:09

Tramp ABŞ-da sursat çatışmazlığı haqqında məlumatları təkzib etdi

ABŞ Prezidenti Donald Tramp ölkəsinin “ciddi sursat çatışmazlığı” yaşadığı barədə məlumatları təkzib edib və bu cür iddiaları yayanların məsuliyyətə cəlb olunacağını bildirib.

Tezadlar.az xəbər verir ki, Truth Social hesabındakı paylaşımda Tramp ölkəsinin kifayət qədər hərbi ehtiyata malik olmadığı iddialarına cavab olaraq deyib: “ABŞ-da, xüsusən də müəyyən növlərdə çoxlu sayda “sursat” var. Bundan əlavə, lazım olduqda çoxlu miqdarda istehsal olunur və ABŞ-a göndərilir”.

Müdafiə şirkətlərinin ABŞ tarixində ən çox obyekt və fabrik tikdiyini qeyd edən Tramp əlavə edib: “Bu xain ifadələri sızdıranlar təqib olunur. Uzunmüddətli həbs cəzaları istənəcək”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!