Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bild xəbər verir ki, partlayıcı maddələr daşıyan dron Leypsiq hava limanında dörd saatdan çox aşkarlanmamış qalıb.
Tezadlar.az xəbər verir ki, nəşrin məlumatına görə, hava limanından çəkilmiş video görüntülərdə Ukraynanın An-26 yük təyyarəsinin yaxınlığında partlayıcı maddələr daşıyan dron yerli vaxtla təxminən saat 19:30-dan (Bakı vaxtı ilə saat 21:30) görünür. Saat 23:42 radələrində avtobus sürücüsü onun aşağı hündürlükdə uçduğunu görüb.
ZDF təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, dron 5G antenaları ilə təchiz olunub. Dron mütəxəssisi Kristian Kayzer bunu aşkarlama üçün ən pis ssenari adlandırıb.
“Əgər dron 5G antenaları vasitəsilə idarə olunursa, deməli, pilotun daxil ola biləcəyi SIM kart quraşdırılıb.” “Nəzəri olaraq, pilot Leypsiqdə və ya hətta xaricdə bir kafedə otura bilər – onun sadəcə cihazında internetə çıxışı olmalıdır”, – deyə o izah edib.
5 avqust gecəsi Almaniyanın Leypsiq/Halle hava limanında iki naməlum obyekt aşkar edilib. Birincisi səmada, ikincisi isə yerdə aşkar edilib. Hadisə səbəbindən hava limanının fəaliyyəti məhdudlaşdırılıb. Bildirilib ki, pilotsuz təyyarədə detonator olan bağlama olub.
ELBAR