Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ administrasiyası Rusiya tərəfinə hökumət məmuruna qarşı zorakılığa görə Rusiyada məhkum edilmiş amerikalı Robert Gilmanın azadlığa buraxılması xahişi ilə müraciət edib.
Tezadlar.az xəbər verir ki, bu barədə 6 avqustda “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, “Administrasiya Gilmanın işini yaxından izləyir və dəfələrlə Rusiya tərəfinə onun ABŞ-a qaytarılması üçün müraciət edib”.
Lakin qeyd olunur ki, Gilmana “qanunsuz saxlanılan” statusu verilməyib. Belə hallarda Vaşinqton azadlığa buraxılmağı prioritet hesab edir və qurumlararası mexanizmlərdən istifadə edir.
2024-cü ildə Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarını döydüyünə görə həbsdə olan ABŞ vətəndaşı Robert Gilman hökmü qəddar adlandırıb və apellyasiya şikayəti verəcəyinə söz verib. Amerikalıya görə, məhkəmə onun iki həbsxana əməkdaşına, bir müstəntiqə və bir istintaq təcridxanası işçisinə hücumuna görə çox sərt cəza tətbiq edib. Gilman qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları davaya səbəb olublar.
ELBAR