Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Filippində tropik siklonlar və musson yağışları nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Mülki Müdafiə İdarəsinin rəsmisi Lourens Mina Luis və Maymay tropik siklonları və ölkəyə təsir edən musson yağışları ilə bağlı açıqlama verib.
Mina bildirib ki, güclü yağışlarla əlaqəli ildırım vurması və torpaq sürüşməsi kimi hadisələr səbəbindən 12 nəfər ölüb, 11 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.
O, həmçinin 384.520 ailənin və ya təxminən 1,3 milyon insanın ağır hava şəraitindən təsirləndiyini və hazırda 58.650 insanın təxliyə mərkəzlərində olduğunu bildirib.
ELBAR