Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Prezidenti Məsud Pezeşkian prezidentlik müddətinin üçüncü ilinin başlanması ilə əlaqədar İranın ali rəhbəri Müctəba Xamenei ilə görüşüb. Tezadlar.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İranın ali rəhbərinin rəsmi “Telegram” kanalının məlumatına görə, görüşdə ölkənin iqtisadi vəziyyəti, xüsusilə, əhalinin gündəlik tələbatının təmin edilməsi və zəruri məhsulların tədarükü məsələləri müzakirə olunub. Tərəflər ölkədəki mövcud vəziyyəti və qarşıdakı dövr üçün perspektivləri nəzərdən keçiriblər. Görüşdə hərbi sahə, maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi, milli və xarici valyuta ilə bağlı məsələlər, eləcə də enerji sektorunda xərclərin idarə olunması barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, İranın xarici tərəfdaşlarla iqtisadi əməkdaşlığının genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib.
Maraqlıdır, bəs görəsən, bu 7 saatlıq görüşdən niyə 7 dəqiqəlik görüntü ictimaiyyətə təqdim olunmur???
SƏBUHİ