Tanınmış vəkil Osman Kazımov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciət edib. Vəkil müraciətində həbsdə olan xanım jurnalistlərin azadlığa buraxılmasında kömək olunmasını xahiş edir. Tezadlar.az-a göndərilən müraciətdə deyilir: “
“Hörmətli Leyla xanım!
Sizə müraciətim həbsdə olan jurnalistlərlə və xüsusilə də jurnalist xanımlarla baglıdır. Artıq uzun müddətdir ki, jurnalistlər həbsdə saxlanılır. Xüsusilə xanımların bir çoxu ailə qurası, övlad dünyaya gətirəsi yaşlarındadı. Onlara verilən son dərəcə agır cəza həyatlarını məhv edir. Valideyinlərinə-xüsusilə də analarına dərin faciə yaşadır. Bu son dərəcə isti keçən havalarda məhbəs kameralarında ömür keçirmək çox əzablıdır.
Mən həbsdə saxlanılan jurnalistlərin təqsirliliyi barədə hər hansı fikir söyləməyə çətinlik çəkirəm. Mən hüquqşünasam. Onların barəsində olan cinayət işi materiallarından məlumatsızam.
Bəlkə də onlar hansısa xətaya yol veriblər.
Sizin uşaq bagçalarına, qocalar evinə baş çəkməyiniz, çoxsaylı şerlərin müəllifi olmagınız qəlbinizdə mərhəmət hissinin olmasından xəbər verir. Sosial şəbəkələrdə dövlət başçısı-atanız, Prezident İlham Əliyevlə, ananız, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva ilə nümayiş olunan fotolardan da görünür ki, Sizi çox istəyirlər. Sizin jurnalistlərin-xüsusilə də jurnalist xanımların azad edilməsi üçün atacagınız addım onların valideyinlərinə böyük töhfə olardı. Bəlkə də bu müraciətə görə məni qınayanlar çox olacaq. Olsun, nə qədər çox olsada həbsdə olan xanımlara ürək yangısından üstün olmayacaq. Dərdi yagış yumur! İnsanlara sevgi, mərhəmət, qaygı yuyur. Dünya sevgi üzərində qurulub.
İnanıram ki, jurnalistlərin azad olunmasına köməklik edəcəksiniz!”.