Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cənubi Koreya polisinin 2024-cü ilin dekabr ayında 179 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı araşdırması çərçivəsində bir neçə müəssisədə əməliyyat keçirdiyi bildirilir.
Tezadlar.az xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, 29 dekabr 2024-cü ildə Jeju Air təyyarəsinin qəzası ilə bağlı istintaq davam edir.
İstintaq çərçivəsində polis Koreya Hava Limanları İdarəsinə (KAC), Nəqliyyat Nazirliyinə və Busan Aviasiya Regional Ofisinə basqın edib və axtarış aparıb.
Rəsmilər bildiriblər ki, əməliyyat hazırda 74 nəfərin üzləşdiyi “peşəkar səhlənkarlıq” şübhələri ilə bağlı əlavə dəlil toplamaq məqsədi daşıyır.
Nə baş vermişdi?
Banqkok-Muan marşrutu üzrə hərəkət edən Jeju Air 7C2216 uçuş nömrəli tək zolaqlı Boeing 737-800 təyyarəsinin şassisi 29 dekabr 2024-cü ildə Cənubi Koreyanın Muan şəhərində eniş zamanı açılmayıb.
6 heyət üzvü və 175 sərnişin daşıyan təyyarə Muan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxaraq divara çırpılıb və 179 nəfərin hamısı həlak olub.
Milli Yanğından Mühafizə Xidmətinin məlumatına görə, qəzadan 30 yaşlarında bir qadın və 20 yaşlarında bir kişi sağ çıxıb.
Səlahiyyətlilər qəzanın şassidəki nasazlıqdan qaynaqlandığını bildiriblər və ilk cəhddə şassisi açılmayan təyyarənin ikinci cəhddə təcili eniş zamanı qəzaya uğradığını izah ediblər.
Cənubi Koreya tarixində ən ölümcül aviasiya fəlakəti hesab edilən qəzadan sonra yeddi günlük milli matəm elan edilib.
ELBAR