Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran hər zaman regionda sülh və sabitliyin bərqərar olmasını istəyib, lakin bu, bütün şərtlərin qəbul edilməsi və qarşı tərəfin iradəsinin zorla qəbul etdirilməsi mənasına gəlməməlidir.
Tezadlar.az xəbər verir ki, bunu İranın müdafiə naziri Sərdar Məcid ibn əl-Rza malayziyalı həmkarı Məhəmməd Xalid Nordin ilə telefon danışığı zamanı deyib.
“Əsas təhlükə mənbəyi İsraildir”, – o bildirib.
Malayziyanın müdafiə naziri isə qlobal sülh və təhlükəsizliyin bərqərar olmasına kömək etmək üçün İranın yanında olduğunu və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.