Əsas məzmuna keç

Tehrandan İsraillə bağlı sərt açıqlama

İran hər zaman regionda sülh və sabitliyin bərqərar olmasını istəyib, lakin bu, bütün şərtlərin qəbul edilməsi və qarşı tərəfin iradəsinin zorla qəbul etdirilməsi mənasına gəlməməlidir.

Tezadlar.az xəbər verir ki, bunu İranın müdafiə naziri Sərdar Məcid ibn əl-Rza malayziyalı həmkarı Məhəmməd Xalid Nordin ilə telefon danışığı zamanı deyib.

“Əsas təhlükə mənbəyi İsraildir”, – o bildirib.

Malayziyanın müdafiə naziri isə qlobal sülh və təhlükəsizliyin bərqərar olmasına kömək etmək üçün İranın yanında olduğunu və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…