11 Avqust 2026 / 23:47

Pakistanda faciə: 6 azyaşlı öldü

Pakistanın Pəncab əyalətinin Kot-Addu şəhərində rikşanın (üçtəkərli nəqliyyat vasitəsi) kanala düşməsi nəticəsində ölənlər var.

Tezadlar.az “Dawn”a istinadən xəbər verir ki, ölənlər arasında yetkinlik yaşına çatmayan 6 nəfər var. 6 nəfər isə xilas edilib.

Qeyd olunub ki, qəza anında içərisində 24 nəfərin olduğu rikşa avqustun 10-da Müzəffərqarh kanalına düşüb. Sərnişinlər qonşu kənddəki toy mərasimindən qayıdırdılar.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyatda yerli sakinlərin dəstəyi ilə Kot-Addu və Müzəffərqarh dairələrindən 8 dalğıc və 22 üzgüçü iştirak edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!