12 Avqust 2026 / 09:50

46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alındı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

DİN-dən Tezadlar.az-a bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.

Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!