Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2026 / 19:57

Sel balaca qızı apardı – Son anda xilas edildi

Dağıstanda kommunal xidmət işçisi sel zamanı həyatını təhlükəyə ataraq balaca qızı xilas edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “BAZA” telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, güclü yağışlar nəticəsində respublikanın Untsukulski rayonunda çaylar məcrasından çıxıb.

Dağdan gələn sel ana və böyük bacısı ilə gəzintiyə çıxan balaca qızı aparılıb.

Uşağı xilas etməyə yerli Mənzil-Kommunal Təsərrüfatı şöbəsinin rəis müavini Məhəmməd Ömərov tələsib. Onlarla metr məsafədən sonra körpəni suyun içindən çıxarmaq mümkün olub.

Həmin görüntüləri təqdim edirik:

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!