Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 09:46

Kürdə batan şəxsin meyiti tapılıb

Ötən gün Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1,5 kilometr aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!