Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 10:47

Yevlaxdakı yol qəzasında 2 qardaş öldü- 5 nəfər yaralandı!

Yevlaxda yol-nəqliyyat hadisəsində ölən şəxslərin qardaş olduqları məlum olub. Tezadlar.az AzərTAC- a istinadla bildirir ki, rayonun Salahlı kəndindən keçən hissəsində 1998-ci il təvəllüdlü Aqşin Hüseynovun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə 1973-cü il təvəllüdlü Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub. Hadisə nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan qardaşı 1970-ci il təvəllüdlü Sabir Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, Akif Hacıyevin oğlu 2008-ci il təvəllüdlü Əli Hacıyev, Sabir Hacıyevin oğlanları – 2005-ci il təvəllüdlü Nihad Hacıyev və 2009-cu il təvəllüdlü Elcan Hacıyev, həmçinin Aqşin Hüseynov və 2009-cu il təvəllüdlü Rza Xurşudov xəsarət alıb.

Faktı üzrə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!