Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 21:44

İtə bənzəmək üçün 2 milyon dollar xərclədi

Yaponiyada Toko adlı şəxs itə bənzəmək üçün 2 milyon dollar xərcləyib. 

Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, Toko özünə real kolli cinsli itə maksimum dərəcədə bənzəyən xüsusi kostyum hazırladıb.

Kostyum Yaponiyada fəaliyyət göstərən peşəkar xüsusi effekt şirkəti tərəfindən təxminən 40 gün ərzində hazırlanıb.

Kostyumun daha real görünməsi üçün mütəxəssislər kolli itlərinin bədən quruluşunu, tüklərini və hərəkətlərini ətraflı şəkildə araşdırıblar. Məqsəd kostyumun içərisində insan olduğunun mümkün qədər az hiss edilməsi olub.

Toko bu qərarının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, uşaqlıqdan bəri heyvan olmağı arzulayıb. Bildirilir ki, bu istəyin arxasında məlum hər hansı konkret travma və ya hadisə dayanmayıb.

Toko kostyumu geyindikdə dörd ayaq üzərində gəzir, oyun oynayır, küçəyə çıxır və hətta real itlərlə qarşılaşır. Onun bu görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub. Yaponiyalı kişi indi başqa insanların da müxtəlif heyvan kostyumlarından istifadə edərək oxşar təcrübə yaşaya biləcəyi layihə üzərində çalışdığını bildirib.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!