15 Avqust 2026 / 10:59

Hövsanda mağazanın tavanı uçub -VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Tezadlar.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!