16 Avqust 2026 / 07:09

Gürcüstan ən çox İraqa və Azərbaycana mal-qara satıb

2026-cı ilin ilk yarısında Gürcüstan ən çox mal-qara ixracını İraq və Azərbaycana həyata keçirib. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarında qeyd olunub. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkədən ümumilikdə 25,746 milyon dollar dəyərində diri mal-qara ixrac edilib. Bu, son üç ilin ən yüksək göstəricisidir. Müqayisə üçün, 2025-ci ilin ilk 6 ayında ixrac 23,050 milyon dollar, 2024-cü ildə 13,868 milyon dollar təşkil edib. İxracın əsas istiqaməti isə İraq və Azərbaycan olub. Hesabat dövründə Gürcüstandan İraqa 21,289 milyon dollar, Azərbaycana 4,147 milyon dollar, Özbəkistana 310,4 min dollar dəyərində diri mal-qara ixrac olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!