Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlətə tabe olan (açıq, qapalı səhimdar cəmiyyətləri və s.) təsərrüfat subyektləri əməyin istismarının yeni formasını tapıblar. Könüllüləri cəlb etməklə.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, hüquqşünas, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib.
“Baxırsan könüllünün geyimində təsərrüfat subyektinin logosu filanı. Amma məsələni ictimailəşdirən kimi məlum olur ki, bu təsərrüfat subyekti, sən demə bir QHT təsis edib və könüllüləri də həmin QHT cəlb edir. Bu tər-təmiz istismardır, sadəcə vasitəçinin əli ilə. Əgər könüllü QHT-nin nizamnamə fəaliyyətinə uyğun olmayan, əksinə təsərrüfat subyektinin fəaliyyətinə aid işlərə cəlb edilirsə bu qanunun pozulmasıdır və məcburi əməkdir”.
JASMİN