Əsas məzmuna keç

Qazaxıstan regional mərkəzə 25 milyon dollar ayırdı

Qazaxıstan Beynəlxalq Valyuta Fondunun (IMF) Almatıda yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi (CCAMTAC) ilə tərəfdaşlığın uzadılması üçün əlavə olaraq 25 milyon ABŞ dolları ayırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə IMF-in sərəncamçı direktoru Kristalina Georgiyeva bildirib.

Müvafiq sazişi o, Qazaxıstan Milli Bankının sədri Timur Süleymenov ilə imzalayıb.

K.Georgievanın sözlərinə görə, əlavə maliyyələşdirmə Qazaxıstanın regional ölkələrin institusional potensialının gücləndirilməsinə və iqtisadi dayanıqlığının artırılmasına sadiqliyini əks etdirir.

CCAMTAC Regional Mərkəzi 9 dövlətə, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistana praktiki və ekspert dəstəyi göstərir.

Mərkəzin fəaliyyəti dövlət orqanlarının peşəkar səriştələrinin inkişafına və regional ölkələrdə iqtisadi idarəetmənin gücləndirilməsinə yönəlib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…