Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Avqust 2026 / 09:59

Azərbaycan Rusiyanın bu yüksək vəzifəlilərini beynəlxalq axtarışa verdi

Azərbaycan Baş Prokurorluğu Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin məhkəmə qərarı ilə axtarışa verildiyini açıqlayıb. Onunla yanaşı “Moskva 24” televiziyasının jurnalisti İvan Knyazev və siyasi məsləhətçi Semyon Uralov barəsində də bənzər qərar verildiyi deyilib. Tezadlar.az xatırladır ki, bu barədə azadlıq radiosu məlumat yayıb. Onların hər üçü terrorçuluğa çağırış, dövlət əleyhinə çağırış və milli nifrətin salınması maddələri ilə ittiham edilirlər. Məhkəmə qərarı ilə hər üç şəxs barədə həbs qətimkan tədbirinin seçildiyi də yayımlanan rəsmi məlumatda yer alıb.
Hələlik cinayətdə ittiham olunan şəxslər məsələ ilə bağlı açıqlama verməyiblər. Onlar barədə Rusiya tərəfinə sorğu göndərildiyinə dair qeyd Baş Prokurorluğun məlumatında yer almayıb, amma adı çəkilən şəxslərin İnterpol xətti ilə axtarışa verilməsi üçün addımlar atıldığı qeyd edilib…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!