18 Avqust 2026 / 22:31

700 min vergi ödəyicisinin məlumatı oğurlandı

Fransanın Büdcə Nazirliyi ölkənin vergi agentliyinə edilən genişmiqyaslı haker hücumundan sonra dövlət idarələrinin kibertəhlükəsizlik sistemlərindəki zəiflikləri aşkar etmək üçün süni intellekt alətlərindən istifadə edəcək.

Tezadlar.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransanın büdcə naziri David Amiel bildirib.

Onun sözlərinə görə, süni intellekt dövlət sistemlərinin təhlükəsizliyini sınaqdan keçirmək üçün tətbiq ediləcək.

Qeyd edilib ki, Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin ötən həftə məlumat verdiyi kiberhücum nəticəsində təxminən 700 min vergi ödəyicisinin məlumatları oğurlanıb.

Fransanın vergi idarəsinin rəhbəri Ameli Verdye həmçinin bazar ertəsi aşkar edilmiş və araşdırılması davam edən yeni məlumat sızıntısı barədə də bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!