Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/8
Avqustun 18-də Şəkidə sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib. Tezadlar.az xəbər verir ki, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, sərhədçilər və ictimaiyyət nümayəndələri əvvəlcə Şəki şəhər Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N saylı hərbi hissəsində davam edən tədbirdə hərbi hissəsinin komandiri, polkovnik-leytenant Hacı Hacıyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin Xidmət əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, DSX-nin şəhid hərbçilərinin ailə üzvləri və digər çıxış edənlər sərhəd mühafizə orqanları əməkdaşlarını təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sərhədlərimizin təhlükəsizliyinin qorunub saxlanılması işində uğurlar arzulayıblar. Tədbir çərçivəsində Şəki şəhər Heydər Əliyev Mərkəzində ordu quruculuğuna həsr olunmuş mühazirə keçirilib və film nümayiş olunub. Sonda tədbir Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə hazırlanmış musiqili proqramla başa çatıb.