Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Konqo Demokratik Respublikasında Ebola xəstəliyinə təsdiqlənmiş yoluxma hallarının sayı 5 mini ötüb.
Tezadlar.az xəbər verir ki, bunu hökumətin çərşənbə axşamı dərc edilmiş məlumatlarında əksini tapan göstəricilər təsdiqləyir.
“Reuters” agentliyinin məlumatına görə, səhiyyə rəsmiləri bildirirlər ki, görülən tədbirlər ölümcül xəstəliyin yayılmasının qarşısını almağa imkan vermir.
İyulun sonunda Konqoda Ebola qızdırmasının 17-ci epidemiyası xəstələnmə hallarının sayına görə ölkə tarixində ən genişmiqyaslı epidemiyaya çevrilib, həftəsonu isə ölənlərin sayı 2378 nəfərə çatıb. Bunu İctimai Səhiyyə İdarəsi açıqlayıb.
Vəziyyətlə bağlı təqdim edilən son hesabata əsasən, institut indiyədək 5021 yoluxma halı qeydə alıb. Bu göstərici hazırkı epidemiyanı dünyada miqyasına görə ikinci yerdə qərarlaşdırır. Yoluxma və ölüm hallarının sayına görə onu yalnız 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş epidemiya qabaqlayır.
Hazırkı epidemiya Ebola virusunun “Bundibugyo” növündən qaynaqlanır. Bu virus növünə qarşı təsdiqlənmiş vaksin və ya müalicə üsulları yoxdur.
Səhiyyə infrastrukturunun zəif olması, əhalinin müqaviməti, qeyri-sabitlik və cavab tədbirlərinin həyata keçirilməsində iştirak edən xidmət əməkdaşlarının etirazları xəstəlik hallarının müəyyənləşdirilməsinə və onlara qarşı müvafiq tədbirlərin görülməsinə mane olur.