19 Avqust 2026 / 16:17

Vəkillər Kollegiyasının sədri ABŞ-da status almış vəkili təbrik etdi

Tezadlar.az xatırladır ki, AVK-nin sədri Anar Bağırovun təbrikində deyilir: 
“Vəkil Altay Mustafayev ABŞ-də hüquq doktoru almış ilk Azərbaycan vəkilidir.
Azərbaycan Respublikası Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association üzvü Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi əldə edib. O, bu yaxınlarda ABŞ-nin tanınmış ali təhsil müəssisələrindən biri olan İndiana Universitetinin Maurer Hüquq Məktəbində “Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom’s IAD Framework” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Bununla da Altay Mustafayev ABŞ-də hüquq doktoru (SJD) dərəcəsi almış ilk azərbaycanlı olub.
Dəyərli vəkilimiz, uzun illərdir hüquq sahəsində nüfuzlu beynəlxalq müstəqil reytinq nəşrlərinin qiymətləndirmələrinə əsasən ölkəmizin aparıcı hüquqşünaslarından biri kimi tanınan Altay müəllimin növbəti yüksək nailiyyəti ölkəmiz, hüquq ictimaiyyətimiz və Azərbaycan Vəkilliyi üçün son dərəcə qürurverici və parlaq nəticədir.
Altay müəllim Azərbaycanın hüquq elminin inkişafına və vəkillik institutunun tərəqqisinə mühüm töhfələr vermiş, öz adı və fəaliyyəti ilə Azərbaycan hüquq və vəkillik tarixində silinməz iz qoymuş görkəmli alim-hüquqşünasdır. Onun beynəlxalq səviyyədə qazandığı hər bir uğur təkcə şəxsi nailiyyət deyil, bütövlükdə Azərbaycan hüquq ictimaiyyətinin və hər bir Azərbaycan vəkilinin uğuru və sevincidir.
Hörmətli həmkarımız Altay müəllimi bu yüksək nailiyyəti münasibətilə öz adımdan və ölkəmizin bütün vəkilləri adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz enerji və şərəfli peşə fəaliyyətində yeni-yeni zirvələr fəth etməyi arzulayıram!”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!