Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynaya Rusiya əsirliyindən 103 hərbçi qayıdıb. Onlar təxminən eyni sayda rus əsirləri ilə dəyişdirilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bunlar Silahlı Qüvvələrin, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyanın müdafiəçiləridir. Azad edilənlər arasında Mariupolda, Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson, Dnepr və Sumı istiqamətlərində Ukraynanı müdafiə edən əsgərlər də var. Bu barədə Ukrayna prezidenti V.Zelenski X platformasında yazıb. Sitat: “Ukrayna üçün mübadilə fondunu dolduran və cəsarətləri ilə ukraynalıların evə qayıtması üçün rus hərbçilərini əsir götürən, imkan yaradan əsgərlərimizə təşəkkür edirəm”.
Rusiya Müdafiə Nazirliyi əvvəllər də mübadilənin “103-ə 103” formuluna uyğun olaraq baş tutduğunu təsdiqləyib. Əvvəlki hərbi əsir mübadiləsi 26 iyunda baş tutub. Daha sonra tərəflər bir-birinə 160 nəfər veriblər. İyul və avqust aylarında isə Moskva və Kiyev ölənlərin cəsədlərini mübadilə ediblər.
Müharibə isə davam edir.
A.Məmmədli