21 Avqust 2026 / 16:26

Ukrayna dronları 1600 km aralıda Rusiyanın neft zavodunu və hərbi aerodromunu vurdu!

Ukrayna dronları sərhəddən 1600 kilometr aralıda – Permdə Neft Emalı Zavoduna zərbə endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib. O, Volqoqrad vilayətində “Marinovka” hərbi aerodromuna da zərbə endirildiyini qeyd edib. Zelenski Qara dəniz akvatoriyasında nəticələrin olduğunu vurğulayıb, lakin detalları açıqlamayıb. Sitat: “İlkin zərbələrin təsdiqlənmiş nəticələri də var: “Axtubinsk” aerodromunda Rusiyanın Su-34 təyyarəsi zədələnib. Məsafə cəbhə xəttindən təxminən 600 km-dir. Primorsko-Axtarskda, demək olar ki, 180 kilometr məsafədə, rusların xalqımızı vurduğu zərbə dronlarının saxlanması, hazırlanması və işə salınması yeri vurulub”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!