21 Avqust 2026 / 17:20

SON DƏQİQƏ! Pezeşkian: Müharibəyə son qoymalıyıq

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibə ilə bağlı açıqlamalar verib. Pezeşkian müharibənin bitməli olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, İranın ISNA xəbər agentliyinin məlumatına görə, Tehranda İslam Tibb Assosiasiyasının Baş Assambleyasında çıxış edən İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibə ilə bağlı qiymətləndirmələr edib.

Pezeşkian müharibənin davam etdirilməsinin qaçılmaz bir məqsəd olmadığını və ölkənin gücünü və nailiyyətlərini qoruyaraq müharibəyə son qoyulmalı olduğunu bildirib.

“MÜHARİBƏ BİR NÖQTƏDƏ BİTMƏLİDİR”

İran Prezidenti Pezeşkian deyib: “Müharibə bir nöqtədə bitməlidir. Gücümüz və nüfuzumuz olduğu və bütün dünyanın qələbəmizi qəbul etdiyi bir vaxtda müharibəyə son qoymağımız daha yaxşıdır”.

İran Prezidenti iddia edib ki, bu, ölkənin mümkün hücumlar qarşısında geri çəkiləcəyi anlamına gəlmir.

“Biz heç bir şəkildə zülm qarşısında baş əyməyəcəyik. Son nəfəsimizə qədər onlara qarşı duracaq və onlara böyük cavab verəcəyik”, – Prezident Pezeşkian bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!