21 Avqust 2026 / 20:06

Yaponiyada Baş nazir Sanae Takaiçinin dövründə ilk edam icra olundu

Yaponiyada Baş nazir Sanae Takaiçinin hakimiyyətə gəlməsindən bəri avqustun 21-də ilk dəfə ölüm hökmü icra edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Yaponiyanın ədliyyə naziri Hirosi Hiraquti bildirib.

Edam edilən 58 yaşlı Sunao Takami 2009-cu ildə Osakada oyun avtomatları zalını yandırmaqla qətl törətdiyi üçün tutulmuşdu. Takami 2025-ci ilin iyunundan bəri Yaponiyada edam edilən ilk şəxs olub.

Takami obyektin döşəməsinə benzin tökərək oranı yandırıb. Nəticədə 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Ölüm hökmü 2016-cı ildə yekun olaraq təsdiqlənmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!