22 Avqust 2026 / 14:09

Xalq artisti Şükufə Yusupovanı maşın vurdu: VƏZİYYƏTİ KRİTİKDİR

Ötən  saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs(qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Bu barədə tezadlar.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!