23 Avqust 2026 / 09:22

MİSİR İSRAİLİ XƏRİTƏDƏN SİLDİ

Misirdə məktəb xəritəsindəki dəyişiklik İsraildə qəzəbə səbəb olub.

Tezadlar.az xəbər verir ki, Qahirə məktəb dərsliyinin xəritə bölməsindən İsraili çıxararaq yerinə Fələstini qoyub.

Misir xəritədən İsraili çıxararaq Fələstini qoyub. Yeni orta məktəb dərsliyində Fələstin Misirin şərq qonşusu kimi göstərilir. Xəritədə İsrailin olmaması İsraili qəzəbləndirib.

Bu iddia “Cairo 24” veb saytı tərəfindən irəli sürülüb. Dərc olunmuş şəkil internetdə böyük diqqət çəkib.

Şəkildə kitabdan “Misir” adlı bir səhifə göstərilir və şərqdə Fələstin, eləcə də İordaniya və Səudiyyə Ərəbistanı ilə birlikdə tarixi Fələstinin bütün coğrafi sərhədlərini əhatə edən xəritə təsvir olunub.

Xəritədə İsrailin adı heç çəkilməyib. İsrailin 14-cü kanalı xəritəyə istinad edərək bildirib ki, bu, “iki ölkə arasında sülh müqaviləsi və qarşılıqlı tanınma işığında suallar doğurur”. İsrail Xarici İşlər Nazirliyini “bu səhvi düzəltmək üçün” tədbir görməyə çağırıb.

İsrail kanalı xəritəni “Misir 1979-cu ildən bəri İsrail ilə sülh və diplomatik münasibətlər saxladığını nəzərə alsaq, əhəmiyyətli bir inkişaf” hesab edib.

Kanal hökumət rəsmilərinin Misirə reaksiya verməli olduğunu bildirib.

İsrail mediası qeyd edib ki, dərsliklərdəki xəritələrdən İsrailin çıxarılması “Kemp Devid Sazişlərinin açıq şəkildə pozulması deyil, lakin bölgədəki gərgin atmosferə təsir göstərə bilər”. Misirdən bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!