Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Kanada ilə tarif gərginliyi ilə bağlı ölkənin “ABŞ-ın ştatı olmadan ştat olmağın faydalarını görmək istədiyini” iddia edib.
Tezadlar.az xəbər verir ki, Tramp bu açıqlamanı sosial media hesabında Kanada ilə tarif gərginliyi ilə bağlı verib.
Kanadanın illərdir Amerika fermerlərindən pul aldığını və onları tariflərə məruz qoyduğunu və buna artıq icazə verilməyəcəyini bildirən Tramp “Kanada (ABŞ-da) ştat olmadan ştat olmağın faydalarını görmək istəyir” deyib.
ABŞ-nin təxminən 20 milyard dollar dəyərində Kanada məhsullarına 50% tarif tətbiq etmək qərarından sonra Kanada bu tariflərə qarşı cavab verəcəyini və danışıqların dayandırıldığını açıqlayıb.
Kanadanın Baş naziri Mark Karni ABŞ-a qarşı yeni tarif tədbirlərinin təfərrüatlarını yaxın günlərdə açıqlayacaqlarını və bu tariflərin 8 sentyabrda qüvvəyə minəcəyini bildirib.
ELBAR