23 Avqust 2026 / 11:20

İsrail və Türkiyənin gizli əlaqələrinin məqsədi açıqlandı

İsrail dövlət televiziyası Kan-ın mənbəyə istinadən verdiyi məlumata görə, gərginliyin qarşısını almaq üçün İsrail və Türkiyə arasında gizli rabitə kanalları mövcuddur. Qüds Ankaranı düşmənə çevirmək istəmir, lakin Suriyadakı Türkiyə hərbi mövcudluğu üçün qırmızı xətlər müəyyən edib.

Kan mənbəyi vurğulayıb ki, İsrail Türkiyəni düşmənə çevirmək istəmir, lakin rabitə nəticəsiz qaldıqda hərəkətə keçməyə məcbur olur.

Tezadlar.az xəbər verir ki, dövlət televiziyasının məlumatına görə, qırmızı xətlər İsrail Hərbi Hava Qüvvələrinin hərəkət azadlığını təhdid edə biləcək hava hücumundan müdafiə sistemlərinin, dronların və raketlərin yerləşdirilməsinə aiddir.

18 avqustda Əbu Duhur aerodromuna edilən hücumla İsrail Suriya hakimiyyətinə bir siqnal göndərib: Suriya qüvvələrinin toplanmasına qarşı deyil, lakin sərhədlərində yeni bir təhlükəyə yol verməyəcək. İsrailin xarici işlər naziri Gideon Saar təsdiqlədi ki, Qüds Ankara ilə gərginliyin artmasında maraqlı deyil.

Netanyahunun ofisi əvvəllər Suriyanın İsraillə status-kvonu pozmağa yaxın olduğunu bildirmişdi. İsrail və Türkiyə diplomatik münasibətlər saxlayır, lakin yüksək səviyyəli əlaqələr 2023-cü ilin oktyabr ayından bəri dondurulub.

Ankara gizli rabitə kanalları ilə bağlı məlumatlara rəsmi olaraq münasibət bildirməyib.

2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan bəri Türkiyə İsrailin ən sərt tənqidçilərindən birinə çevrilib. Prezident Ərdoğan dəfələrlə İsraili soyqırımda günahlandırıb və Netanyahunu Hitlerlə müqayisə edib.

Türkiyə Suriyanın şimalında hərbi mövcudluğunu artırıb və bu da İsraildə narahatlıq doğurub. Qüds Türkiyə qüvvələrinin Qolan təpələri yaxınlığında mövcudluğunu öz təhlükəsizliyinə birbaşa təhdid kimi görür.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!