23 Avqust 2026 / 14:36

İsrail ordusu Qərb Şəriyəsindəki məscidin minarəsində İsrail bayrağını qaldırdı

İsrail ordusu Qərb Şəriyəsinin şimalındakı Nur Şəms Qaçqın Düşərgəsindəki məscidin minarəsində İsrail bayrağını qaldırıb.

Tezadlar.az xəbər verir ki, yerli media xəbərlərində Qərb Şəriyəsinin şimalındakı Tulkarmdakı Nur Şəms Qaçqın Düşərgəsindəki məscidin minarəsində İsrail bayrağının qaldırıldığını göstərən bir fotoşəkil də yer alıb.

Məlumatda deyilirdi ki, “İsrail qüvvələri Nur Şəms Qaçqın Düşərgəsindəki məscid minarəsinin üstündə İsrail bayrağını qaldırıblar”.

İsrail ordusu işğal olunmuş Qərb Şəriyəsində, xüsusən də yol kənarlarında və şəhər girişlərində getdiyi hər yerdə İsrail bayraqlarını qaldırdığı məlumdur.

2025-ci ilin yanvar ayında İsrail ordusu Nur Şəms də daxil olmaqla, işğal olunmuş Qərb Şəriyəsindəki qaçqın düşərgələrinə intensiv hücumlar edib.

Bu hücumlar düşərgələrdə yaşayan on minlərlə fələstinlini didərgin salıb və onlarla binanı dağıdıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!