Əsas məzmuna keç

Bakıda bu küçədə hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məhdudiyyət 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək və 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək tətbiq ediləcək.

Agentlik sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmalarını xahiş edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın