Əsas məzmuna keç

M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdiriləcək

Sabah”–“Hapoel” oyunu ilə əlaqədar avtobusların dayanacağı dəyişdirilib.

Tezadlar.az –a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb:

“Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib”.

Qeyd edilib ki, oyun müddətinin uzadılmasından asılı olaraq metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş saatı artırıla bilər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…