Əsas məzmuna keç

İki bacı çay kənarında ölü tapıldı – Türkiyədə

Ordunun Çamaş rayonunda Melehat və Fatma Gümüş bacılarının cəsədləri çay kənarında tapılıb. Onların meyvə bağında fındıq yığarkən 30 metr hündürlükdən yıxıldıqları müəyyən edilib.

Tezadlar.az xəbər verir ki, hadisə dünən Sarıyakup məhəlləsində baş verib. Fındıq yığmaq üçün meyvə bağına gedən bacılar axşam evə qayıtmadıqda, qohumları onları axtarmağa başlayıblar. Axtarış nəticəsində altı uşaq anası Melehat və iki uşaq anası Fatma Gümüş çay kənarında ölü tapılıb.

İstintaq zamanı məlum olub ki, iki bacı təxminən 30 metr hündürlükdən yıxılaraq ölüblər. Hadisə yerində jandarma və tibbi qruplar tərəfindən araşdırma aparıldıqdan sonra Gümüş bacılarının cəsədləri xəstəxana morquna aparılıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…