Əsas məzmuna keç

ƏR-ARVAD BİR-BİRİNİN BORCUNA GÖRƏ CAVABDEHDİRMİ?

…Son zamanlar banklar yeni üsula əl atıblar. Tələblərini borclunun həyat yoldaşının gəlirinə (əmlakına) yönəldirlər. Məsələn, arvadın banka borcu var, amma gəliri yoxdur. Ərinin pensiyası var. Bank icra məmurundan tələb edir ki, tələb ərin pensiyasına yönəldilsin. İcra məmuru da pensiyanın  yarısını tutmağa başlayır.
Bu ona görə baş verir ki, ər-arvadın nikah dövründə əldə etdiyi gəlir (əmlak) onların birgə mülkiyyəti hesab olunur. Bundan qurtulmağın bircə yolu
var: hər kəsin gəlirinin (əmlakının) sırf özünə aid olduğunu təsbit edən nikah müqaviləsinin bağlanılması. Bunu hər an etmək olar. O cümlədən tələb gəlirə yönəldikdən sonra da. Yəni yuxarıda qeyd etdiyim halda ər-arvad nikah müqaviləsi bağlasa borc artıq ərin pensiyasından tutula bilməyəcək.
Əkrəm Həsənov,
vəkil
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…