Dağıstanda məhkəmə yerli sakini cinayətkar iyerarxiyada yüksək vəzifə tutduğuna görə 11 il həbs cəzasına məhkum edib.
Tezadlar.az bildirir ki, respublikanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti bu barədə lenta.ru-ya məlumat verib.
Məhkəmə müəyyən edib ki, həmin şəxs cəzasını çəkdiyi cəza koloniyasında sistematik şəkildə qayda-qanunu pozub və cinayətkar aləmdə özünü təsdiqləməyə çalışıb. 2020-ci ilin dekabr ayında o, “qanuni oğru” ilə görüşdə iştirak edib və orada “avtoritet” statusu alıb. O vaxtdan bəri məhkum olunmuş şəxs koloniyada kadr məsələlərində, mühafizəçilər təyin etməsində, “obşçak”ı (məhbusların ianələri hesabına formalaşan cinayətkar fond və ya qarşılıqlı yardım fondu — RED.) idarə etməsində, digər məhbuslar arasında münaqişələrin həllində və cinayətkar qrupa yeni məhbusların cəlb edilməsində iştirak edib. Onun hərəkətlərinin həbsxanada ictimai təhlükəsizliyə təhdid yaratdığı deyilir.
ELBAR







