Alyaskada kiçik təyyarənin suya düşməsi nəticəsində dörd nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, hakimiyyət orqanları Alyaskanın Ankoric şəhərindən havaya qalxan Piper PA-24 təyyarəsinin hələlik müəyyən edilməmiş səbəbdən qəzaya uğradığını açıqlayıb.
Hakimiyyət orqanları Seldoviya bölgəsində suya düşən təyyarədə olan dörd nəfərin cəsədinin tapıldığını və qəza ilə bağlı araşdırmanın davam etdiyini bildirib.







