Əsas məzmuna keç

Kanpurda təlim təyyarəsi qəzaya uğradı

Hindistanın Kanpur şəhərində ikimühərrikli təlim-məşq təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Hindistan mediası polisə istinadən məlumat yayıb.

Bildirilib ki, təyyarə Qarq aviasiya təlim mərkəzindən havaya qalxıb və 20 dəqiqə sonra geri qayıdarkən qəzaya uğrayıb.

Pilotların meyitlərini çıxarmaq üçün polis ərazini mühasirəyə alıb.

Qeyd edək ki, hadisə Qanq çayı üzərindəki bəndin yaxınlığında baş verib.

Hindistanın Kanpur şəhərində, Qanq çayı üzərindəki bəndin yaxınlığında təlim təyyarəsi qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli media rəsmi şəxslərə istinadən məlumat yayıb.

Hadisə nəticəsində bir pilot hadisə yerində həlak olub, ikinci təcrübəçi pilot isə ağır xəsarətlər alıb.

Təyyarə “Garg Aviation” şirkətinə məxsusdur.

Xilasetmə xidmətləri hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…