Əsas məzmuna keç

Dişi pələng kişini parçaladı

Hindistanda pələng 25 yaşlı kişini parçalayaraq öldürüb.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Açanakmar Pələng Qoruğunun ərazisində qeydə alınıb.

Məlumata görə, Dharam Das Qritlahre bambuk və digər bitkilər toplamaq üçün meşəyə gedib. Bu zaman kolluqdan qəfil çıxan dişi pələng ona hücum edib.

Yırtıcı kişini parçalayaraq öldürüb.

İlkin məlumatlara əsasən, dişi pələng balası ilə birlikdə qoruq ərazisində yaşayır. Mütəxəssislər onun aqressiv davranışını balasını qoruma instinkti ilə əlaqələndirirlər.

Hazırda təhlükəli yırtıcının yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi üçün xüsusi xidmət əməkdaşları tərəfindən axtarış aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…