Əsas məzmuna keç

İran: Bizim neft sata bilmədiyimiz bir bölgədə heç kim neft sata bilməyəcək

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, “İranın neft satışı bloklanarsa, onlar bölgədə neft satışına icazə verməyəcəklər” və Hörmüz boğazındakı vəziyyət “əvvəlki vəziyyətinə” qayıtmayacaq.

Tezadlar.az xəbər verir ki, Qalibaf ABŞ-da yerləşən X şirkətinin 22 iyulda sosial media platformasında dərc etdiyi bəyanatı yenidən paylaşıb.

ABŞ-nin İranın neft ixracını bloklamaq cəhdlərinə toxunan Qalibaf bildirib ki, “Müharibə tənliyi aydındır. Ya hamı, ya da heç kim. Bizim neft sata bilmədiyimiz bir bölgədə heç kim neft sata bilməyəcək”.

Qalibaf öz paylaşımında əlavə edib: “İranın infrastrukturu təhlükəsiz olmadığı müddətcə heç bir infrastruktur təhlükəsiz olmayacaq. Hörmüz boğazının təhlükəsizliyi bölgədə Amerika qüvvələrinin olmamasından asılıdır. Biz dəfələrlə demişik ki, boğaz əvvəlki vəziyyətinə qayıtmayacaq”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…