Əsas məzmuna keç

İsrail ordusunda fərarilik böhranı

Livan cəbhəsində İsrail ordusunda kütləvi fərarilik yeni bir böhrana səbəb olub. İntizam tədbirindən sonra 13 əsgərin müharibə zonasından icazəsiz getməsi İsrail ordusunda mənəvi və intizam məsələləri ilə bağlı müzakirələri yenidən alovlandırıb.

İsrail ordusunda yeni bir böhran yaranıb. Livan cəbhəsində xidmət edən on üç əsgər eyni vaxtda fərarilik edib. İsrail mediası iddia edir ki, hadisə əsgərlərə qarşı görülən intizam tədbirlərindən qaynaqlanır.

Tezadlar.az xəbər verir ki, kanal 14 televiziyası İsrailin 603-cü Batalyonundan 13 mühəndisin Livandakı müharibə zonasından fərarilik etdiyini bildirib. Bildirilir ki, əsgərlər fərariliyi batalyon komandirləri tərəfindən onlara qarşı görülən intizam tədbirlərinə cavab olaraq həyata keçiriblər.

Kanal 14-ün məlumatına görə, intizam tədbiri həftənin əvvəlində əsgərlərin bir neçə yoldaşlarını təhqir etdiyi və hücum etdiyi hadisədən qaynaqlanıb və batalyon komandiri müdaxilə edib intizam tədbirləri görməyə məcbur olub.

İntizam tədbiri barədə məlumatlandırıldıqdan iki gün sonra 13 əsgər komandirlərinin icazəsi olmadan müharibə zonasını tərk etmək qərarına gəlib. Bu vəziyyət “müstəsna və ciddi” bir hadisə kimi təsvir edilib.

Hərbi hakimiyyət orqanları, xüsusən də əsgərlərin Livanda fəal şəkildə xidmət etdiyini və döyüş meydanını icazəsiz tərk etdiyini nəzərə alsaq, məsələyə çox ciddi yanaşır. Həmçinin fərari əsgərlərə qarşı müvafiq tədbirlərin görüləcəyi vurğulanıb.

Bu, İsrail ordusu daxilində ilk böhran deyil. Daha əvvəl Qəzza cəbhəsində xidmət edən 100 əsgər komandirlərin şüarlar yazılmış lövhələri məhv etməsindən sonra etiraz aksiyası keçirmişdi.

İsrail mediasında bəzi məlumatlarda İsrail əsgərlərinin uzun müddət davam edən müharibələrdən və cəbhədən cəbhəyə sürüklənmələrindən narazı olduqları da iddia edilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…