Əsas məzmuna keç

Metroda qadın relsə düşdü, qatarlar gecikdi

Bu gün saat 18:40 radələrində “Əhmədli” stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxs dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Şəxsin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…