Əsas məzmuna keç

Tehran Trampın bəyanatına sərt reaksiya verdi

ABŞ-ın Hörmüz boğazını öz ərazisi elan etməsi cəfəngiyyat və hallüsinasiyadır.

Tezadlar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi X hesabında yazıb.

“Şizofreniya düşüncə pozuntusu və reallığın təhrif olunmuş qavrayışı ilə özünü göstərən mürəkkəb psixoloji pozuntudur. Onun ən çox rast gəlinən simptomları hallüsinasiyalar və sayıqlamalardır”, – iranlı diplomat bildirib.

Qeyd edək ki, Donald Tramp avqustun 22-də Hörmüz boğazını artıq ABŞ ərazisi hesab etdiyini açıqlayıb. Daha sonra o, “Truth Social” platformasında Hörmüz boğazının digər ABŞ əraziləri ilə birlikdə Amerikaya məxsus olduğunu göstərən xəritə yayımlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…