Əsas məzmuna keç

MKİ direktoru Tramp, Putin və Zelenski arasında üçtərəfli görüş təklif edib?

İddialara görə, MKİ direktoru Con Retkliff Rusiyaya səfəri zamanı ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş təklif edib.

Tezadlar.az xəbər verir ki, “Axios”a anonimlik şərti ilə danışan mənbələr Retkliffin ötən həftə Moskvaya səfəri ilə bağlı şərh veriblər.

Retkliffin Tramp, Putin və Zelenski arasında üçtərəfli görüş təklif etdiyini iddia edən mənbələr, səfərin məqsədinin Rusiya kəşfiyyatının yüksək vəzifəli rəsmilərinin Putini ABŞ vasitəçiliyi ilə Ukrayna ilə danışıqları yenidən başlatmağa inandıra biləcəyini müəyyən etmək olduğunu iddia ediblər.

Mənbələr, Retkliffin sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov “diplomatik səylərin yenidən başlamasına kömək edəcək konstruktiv bir şəxs” olduğunu iddia ediblər.

ABŞ prezidenti Tramp “Axios”a bildirib ki, Retkliffin səfəri “standart iş fəaliyyətidir və Rusiyanı NATO ərazisinə hücumlara qarşı xəbərdar etmək məqsədi daşımır”.

“The New York Times” qəzeti xəbər vermişdi ki, Moskvaya səfəri zamanı Ratkliff Bortnikovu Ukrayna ilə razılığa gəlməsi üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…